Interposta.Info

Abşeronda maşın gənc oğlanı vuraraq tanınmaz hala salıb -

Ölkə
 23-02-2018, 09:32     10 463

Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Hökməli-Qobu yolunda baş verib.

Hökməli qəsəbə sakini Elçin Məmmədov idarə etdiyi "01-BZ-421" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobili ilə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən şəxsiyyəti məlum olmayan 20-25 yaşlı gənc oğlanı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə apararkən o, yolda dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin edib. Meyit onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Abşeron RPİ-də cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb.

interposta.info

Abşeronda maşın gənc oğlanı vuraraq tanınmaz hala salıb -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26