Interposta.Info

İnanılmaz boşanma səbəbi: "Ərim velosipedi ilə eşq yaşayır"

Ölkə
 21-02-2018, 11:14     10 445

Türkiyənin İstanbul şəhərində 2 il əvvəl evlənən cütlük qəribə səbəbdən boşanmağa hazırlaşır.

Yağmur Z. adlı qadın həyat yoldaşı Burak Z-nin ona diqqətsiz davrandığını və vaxtını velosipedi ilə keçirdiyini iddia edərək boşanmaq üçün məhkəməyə müraciət edib. Qadın qərarını belə izah edib:

"Həyat yoldaşım vaxtını velosipedi ilə keçirir. Aralarında qəribə bağ var. Hər gün evin ortasında velosipedi silir, təmizləyir və təmir edir. Bu normal deyil, sanki sevgi yaşayırlar".

"Psixologiyam pozulub, heç nəyim qalmayıb" deyən qadın 400 min türk lirəsi təzminat tələb edir./qaynarinfo

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26