Interposta.Info

Donor spermasından olan qız 40-dan çox qardaş-bacısını tapdı -

Ölkə
 20-02-2018, 00:26     10 498

"XeberBiz" Lenta.ru-a istinadən xəbər verir ki, atası sperma donoru olan Orlandolu Kianni Arroyo beş il ərzində qardaş və bacılarını axtarır.

“Mən həmişə istəmişəm ki, atam haqqında daha çox məlumatım olsun və bir də öyrənmək istəyirəm ki, eyni qandan olan qardaş və bacılarım varmı. Ona görə də böyüyən kimi, ləngimədən sənədləri araşdırmağa başladım” - Arroyo deyib. Beş ilə 21 yaşlı qız ABŞ-da, Kanadada, Avstraliyada və Yeni Zelandiyada özündən kiçik 40-dan çox qardaş və bacılarını tapa bilib. Ən kiçiyinin bu yaxınlarda beş ayı tamam olub.

Arroyo ilk olaraq özündən bir yaş balaca bacısı Coannanı tapıb və məlum olub ki, eyni küçədə yaşayırlar. Qızlar dostlaşıblar və ən azı ayda bir dəfə görüşürlər. Onun sözlərinə görə qalan qardaş və bacıları ilə də çox tez ünsiyyət qura bilib və elə ilk görüşdəcə yarım kəlmədən onlar bir-birlərini anlaya biliblər.

Arroyo öz atası ilə bir neçə dəfə görüşüb və onu “bərk gedən oğlan” adlandırıb. Onlar ilk dəfə görüşəndə Arroyonun anası da onlara qoşulub.

Arroyonun sözlərinə görə, tapılan 40 qardaş-bacıdan 30-u arzulayır ki, onunla görüşsün. Qız həyatının bu cür olmasından məmnun olduğunu söyləyir:
”Mən ailədə tək övladam, ona görə də anam vaxtının çoxunu mənimlə keçirir. Amma, əgər istəsəm ki, yaşıdım qohumlarımla əylənim, o zaman mənim seçimim böyükdür”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26