Interposta.Info

Daha sürücülər sükan arxasında yatmayacaq: Xüsusi eynək hazırlanıb

Ölkə
 20-02-2018, 00:13     10 497

Bakıda bir qrup gənc sürücüləri oyadan eynək hazırlayıb.

Eynək sürcünün sükan arxasında yatmasına imkan vermir.

Xezerxeber.az-ın məlumatına görə, gənc ixtiraçılar - Alim Babazadə və onun komandasının "Vake me up", yəni "məni oyat" layihəsi çərçivəsində hazırladıqları eynək sayəsində reallaşacaq. Eynək sürcünün sükan arxasında yuxlamasına imkan verməyəcək. Sürücünün gözü yumulduqda, qurğu 2 saniyədən bir onun yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir.

Bu qurğunun hazırlanmasında məqsəd ağır yol nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Azərbaycan Texniki Univeristetinin tələbələri bu eynəyi bir ilə hazırlayıblar. Layihə daha da təkmilləşdirildikdən sonra həmin eynəklərdən avtomobillərdə istifadə etmək mümkün olacaq.

interposta.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26