Ramil Usubov mühafizə rəisini işdən azad etdi - Yeni təyinat

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir dəyişiklik edib.
interposta.info Mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Sumqayıt şəhər Mühafizə İdarəsinin rəis müavini Araz Cavadov tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə A.Cavadov Zəngilan rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə baş inspektor təyin olunub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26