Interposta.Info

Bakıda doğranmış qadınla bağlı yeni xəbər - Prokurorluqdan özəl açıqlama

Ölkə
 17-02-2018, 16:16     10 458

Bakıda zibil qutusunda doğranmış halda qadın meyitinin tapılması cinayətinin bəzi təfərrüatları məlum olub.

interposta.info
xəbər verir ki, Suraxanı Rayon Prokurorluğundan BakuPost-a verilən məlumata görə, hadisənin Suraxanı rayonunda törədildiyi məlum olub. Qətlə yetirilən qadının rus milliyyətindən olduğu bildirilsə də, şəxsiyyəti hələlik açıqlanmır. Faktla əlaqədar bir nəfər saxlanılıb. Onun da rus milliyyətindən olduğu bildirilir. Qatillə mərhumun əlaqələri barədə məlumat yoxdur. Yalnız o məlumdur ki, qatil qadının meyitini doğrayıb və hissələrlə ərazidən uzaqlaşdırıb.

Xatırladaq ki, bu gün Bakıda doğranmış qadın meyiti tapılıb. Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Məlumat əsasında hadisə yerinə Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, bədənin qalan hissələri isə tapılmayıb. İstintaq ehtimal edir ki, meyitin tapılmayan hissələri şəhərin başqa ərazisinə atılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26