Interposta.Info

Azərbaycanlı cazmendən maraqlı yenilik: "Xəyalə, pulumu qaytar"

Ölkə
 17-02-2018, 11:43     10 407

Fransada caz akademiyasına qəbul olunmuş yeganə azərbaycanlı cazmen, bəstəkar və pianoçu, virtuoz Etibar Əsədli ilklərə imza atmaqda davam edir.

"XeberBiz" Oxu.Az-a istinadən xəbər verir ki, bu dəfə o, musiqi sahəsində çox ciddi, bir o qədər də əyləncəli üsluba müraciət edib.

Belə ki, musiqiçi danışıq səslərini nota köçürüb, pianoda ifa edir. Etibar layihəsini gerçəkləşdirmək üçün son zamanlar telefonlarda yayılan əsəblə qışqıran qadın səsinə müraciət edib.



"XeberBiz" xəbər verir ki, gənc pianoçu Oxu.az-a bildirib ki, bu, kifayət qədər mürəkkəb və dünya musiqi təcrübəsində geniş yayılmış üslubdur. Azərbaycanlı musiqiçilər arasında isə bu yenilik yalnız ona məxsusdur.

Xatırladaq ki, sözügedən layihə Etibarın ilk təcrübəsi deyil. Belə ki, o, bir il öncə Məmməd Əmin Rəsulzadənin 28 may 1918-ci il çıxışı üzərində də maraqlı ifası ilə yadda qalmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26