Interposta.Info

Moskvada azərbaycanlılar arasında silahlı insident: “Oğru dünyası” qarışdı - VİDEO

Ölkə
 14-02-2018, 17:33     10 407

Moskvada azərbaycanlılar arasında silahlı insident baş verib.

interposta.info xəbər verir ki, Musavat.com-un məlumatına görə, bu haqda saytımıza Moskvada yaşayan soydaşlarımız xəbər veriblər.

Xəbərdə bildirilir ki, hadisə fevralın 13-də,Moskvada baş verib. “Oğru dünyası”nın tanınmışlarından olan ağçabədili Elmir bir nəfərlə birlikdə balakənli Adama güllə atıb. Maşının içində olan Adama güllə dəyməyib və o, maşını cəld sürərək, xilas ola bilib.

Soydaşlarımız bildirir ki, tərəflər arasında əvvəldən də narazılıq olub. Onların hər ikisi “oğru dünyası”nda tanınmış və qəbul edilmiş simalar sayılırlar.

Amma Adam daha çox məşhur sayılır. Onların hansı qruplaşmaya daxil olması ilə bağlı dəqiq məlumat yoxdur, hər birinin bütün tərəflərlə normal münasibətdə olduğu deyilir.

Silahlı atışmaya səbəb olan narazılığın hansı səbəbdən yarandığı bilinmir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26