Interposta.Info

Milli Məclisdə qalmaqal: "Çıxış-zad etmək fikrim yoxdur"

Ölkə
 13-02-2018, 13:52     10 371

Milli məclisin bu gün keçirilən iclasında deputat Arif Rəhimzadə ilə spiker Oktay Əsədov arasında narazılıq yaranıb.

interposta.info
yenicag.az-a istinadən xəbər verir ki, Ədliyyə nazirinin müavini Vilayət Zahirovun çıxışından sonra söz alan Arif Rəhimzadə ona vaxtında söz verilməməsindən şikayətlənib: "Burada prosedurlar belədir ki, adətən hesabatlardan sonra Milli Məclisin komitə sədri çıxış etməlidir. Ondan sonra deputatlar danışmalıdır. Ancaq Vilayət Zahirov danışandan sonra mənə söz verilmədi. Çıxış-zad etmək fikrim yoxdur”.

Oktay Əsədov isə Rəhimzadənin bu iradına adekvat cavab verib: "Arif müəllim, çıxış etmək fikriniz var idisə, çıxışa yazılaydınız. Sizin bu "pretenziya”nızı başa düşə bilmirəm. Burda kimə məhdudiyyət yardılır ki? Kim istəyir o da çıxış edir”.

Qeyd edək ki, spikerin bu sözlərindən sonra deputat fikrindən daşınmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26