Hacıbala Abutalıbovun oğlu İstanbulda 20 milyona otel aldı –
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov (Yeni adı Abu Bəkr-red.) İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan otel alıb.
Minval.İnfo xəbər verir ki, bu barədə Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Türkiyədə vətəndaşlıq statusu alaraq, adını da Abu Bəkr kimi yazdıran Bakı merinin oğlu aldığı otelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib.![]()
“Ajwa” adı ilə fəaliyyət göstərən oteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir.
Araşdırma zamanı Abutalıbovun Türkiyədə biznesini genişləndirməsi ilə bağlı daha maraqlı məlumatlar üzə çıxıb.![]()
Belə ki, turizmgaztesi.com-un yazdığına görə, Abu Bəkr Talıbov “Ajwa” markası ilə ikinci otelini də Kapadokyada açacak.
interposta.info![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

