Interposta.Info

Müxalifətin seçki təlatümü: Boykot?

Ölkə
 6-02-2018, 13:08     9 809

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərinin elan edilməsinə dair ötən gün verilən qərar müxalifət sıralarında çaxnaşmaya səbəb olub

Qeyd edək ki, AXCP-nin də yer aldığı “Milli Şura”nın rəhbəri Cəmil Həsənli özünün sosial şəbəkə hesabında bu seçkiləri boykot edəcəklərini açıqlayıb. AXCP sədri Əli Kərimli də seçkiləri boykot edəcəklərini və onun legitimliyini şübhə altına almaq üçün etiraz aksiyalarına başlayacaqlarını bildirib.

Liderləri həbsdə olan REAL hərəkatı da növbədənkənar seçkilərin nəticələrini tanımayacaqlarını bəribaşdan elan edib. İlqar Məmmədovun həbsxanadan vətəndaşları bu seçkiləri boykot etməyə çağıracağını bildirib.

Müsavat partiyasında isə hələ taktikanı müəyyən etməyiblər. Partiyanın sədri Arif Hacılı deyib ki, yaxın günlərdə qurultay keçirəcəklər və növbədənkənar seçkilərlə bağlı hansı taktikanı seçəcəklərini müəyyənləşdirəcəklər. Bundan əvvəl partiyanın lideri İsa Qəmbər payızı nəzərdə tutaraq seçkilərdə iştirakını elan etmişdi.(virtualaz.org)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26