Interposta.Info

Türkiyənin mafiya liderindən Qarabağ qazisinə jest

Ölkə
 5-02-2018, 17:03     10 460

Türkiyənin tanınmış mafiya liderlərindən olan Sedat Peker Qarabağ qazisi Kamil Musavinin türk əsgərləri ilə bağlı yaydığı videomüraciətə dəstək mesajı verib.

interposta.info
Avropa.info-ya istinadən məlumatına görə, dərin dövlətin adamı hesab edilən Sedat Peker Qarabağ qazisinin dəstək videosunu Facebook səhifəsində paylaşıb:

"Vallahi, yalnız deyilik, billahi, yalnız deyilik. Dünyanın hər yerində ürəyi bizimlə döyünən qardaşlarımız var. Bir ümiddir yaşamaq”, – deyə mesajda qeyd edilir.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant Kamil Musəvi Afrin əməliyyatlarında PKK terrorçularına qarşı döyüş aparan türkiyəli əsgərlərə dəstək olmaq məqsədilə video hazırlayıb.

Türkiyə mediasında yayılmış videoda qazi Qarabağ uğrunda döyüşdüyü kimi, Türkiyə üçün də canını verməyə hazır olduğunu bildirib:

"Türk qardaşlarım Afrində haqq döyüşü aparır. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsirlər. Bir Azərbaycan qazisi, bir türk oğlu olaraq türk qardaşlarıma səslənirəm: Ayağımı və gözümü öz doğma torpaqlarım olan Qarabağda fəda etdiyim kimi, canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram. Allah sizləri qorusun, güc qüvvət versin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26