Interposta.Info

Adam Öldürən Və Talançı Iki Məmur Niyə Dərindən Araşdırılmadı? – Bərdə Dosyesi…

Ölkə
 2-02-2018, 00:24     10 631

Bərdəni tar-mar edən iki məmurun əməllərinə göz yumulması rayonda narazılığı günbəgün artırırAdam Öldürən Və Talançı Iki Məmur Niyə Dərindən Araşdırılmadı? – Bərdə Dosyesi…

Bərdəlilər yerli məmurların özbaşınalıqlarından təngə gəliblər.


Prezident İlham Əliyevin siyasi fəaliyyətinə, tapşırıqlarına zidd hərəkət edən icra başçısı Vidadi İsayev və komandası yerli camaatı boğaza yığıb.

Belə ki, ekabrın 10-da Bərdə RİH-nin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovun 200 minlik "Leksus” markalı avtomobillə törətdiyi ağır qəzada 2 nəfərin ölməsi, 1 nəfərin yaralanması barədə heç bir ciddi və dərin araşdırma aparılmadı. xeber.org

Eləcə də Rayon Mənzil-Təsərrüfat Birliyinin sədri Rauf Məmmədovun büdcə pullarına özünə "Land Kruiser” markalı, 90-190 dövlət nömrə nişanlı avtomobil almasına baxmayaraq, təftiş edilmir.

Bu məmurların hansı pullarla bahalı maşınlara sahibləndiyi məlum deyil.

Bərdə sakinləri bildirirlər ki, əgər Hesablama Palatası yoxlama apararsa, Z.Bəylərovla R.Məmmədovun ciddi qanunsuzluqları meydana çıxa bilər.

Hər iki məsələ ört-basdır olunaraq gündəmdən çıxarıldı. Halbuki, bu mövzular gündəmdən deyil, adıçəkilən məmurlar vəzifədən çıxarılmalıydı.

Amma bu məsələlər ciddi şəkildə araşdırılmadı. İstintaq orqanları Z.Bəylərovun işini dərindən təftiş etməkdə maraqlı olmadılar.

Ona görə də, Z.Bəylərovla R.Məmmədov cəzalandırılmayacaqlarına arxayınlaşıblar. Həm RİH şöbə müdiri, həm "JEK” rəisi çoxdan işindən uzaqlaşdırılmalıydı.

Görünür ki, deyilənlər doğru imiş – Z.Bəylərovu və R.Məmmədovu himayə edən qruplaşma onları məsuliyyətdən yayındırdı. Əgər sözügedən cinayətləri arxa-dayaqsız məmurlar etsəydi, çoxdan "vurulmuşdu”lar.

Məsələn, general Novruzəli Orucovun oğlu avtobus şoferinə vurduğu şilləyə görə 6 il həbs cəzası aldı. Amma iki nəfərin öldüyü qəzadan Z.Bəylərov cəzası çıxdı.

Fakt budur ki, prezidentin təyin etdiyi icra başçısı Bərdədə bərbad komandası ilə narazılıq yaradır və etirazlara səbəb olur.

Axı kim onlara ixtiyar və hüquq verib ki, dövlətin pulları hesabına varlansınlar, insanlara qarşı kobud olsunlar, vətəndaşları incitsinlər, seçki ilində dövlətlə xalq arasında narazılıq yaratsınlar?!

Dövlət başçısı bildirib ki, icra hakimlərini özü təyin edir, xalqla işləməyi tapşırır. Onlar isə özbaşınalıq edirlər. Bu gedişat göstərir ki, Vidadi İsayevin vəzifədən çıxarılması vaxtı yetişib.

Bu da azmış kimi, onun qayınatası, həmçinin Bərdənin icra başçısı Vidadi İsayevin "sağ” əli olan Valid adlı şəxs el arasında dezinformasiya yayır.

O, camaat içində danışır ki, qəzada ölən taksi sürücüsü Elşad Quliyev narkoman olub. Hərgah, Z.Bəylərovun hadisə baş verən günü içkili olduğu haqda ciddi-cəhdlə, israrlı iddialar səslənməkdədir.

Onu da demək yerinə düşər ki, Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən qəzanın iştirakçısı olan Z.Bəylərovun Tərtər icra başçısının müavini olan qardaşı da ölümlə nəticələnən qəzaya görə işdən azad edilibmiş.

Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfərin ölümünə səbəb olan "Toyota Land Kruiser” markalı avtomobilin sürücüsü, Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə şöbə müdiri Zaur Bəylərov bir vaxtlar Tərtər Rayon İcra Hakimiyyətinin müavini olmuş Vidadi Bəylərovun qardaşıdır.

Maraqlıdır ki, Tərtər RİH müavini olmuş V.Bəylərov vəzifəsindən məhz ölümlə nəticələnən qəzaya görə azad edilmişdi.

Bərdə Rayon Mənzil-Təsərrüfat Birliyinin sədri Rauf Məmmədovun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırıla bilərdi.

Onun MTB rəisi postunda aldığı dövlət maaşı ilə bahalı maşını necə almasının təftiş olunacağı gözlənilirdi.

Bərdə sakinləri R.Məmmədovun "JEK”ə ayrılan pulları şəxsi işlərinə sərf etməsindən şübhələnirlər.

Azərbaycan reallığında "Land Kruiser” markalı avtomobil almaq üçün ya yaxşı biznes sahibi olmalısan, ya da korrupsiyaya bulaşmalısan.

Bu maşının qiyməti o dərəcədə bahalıdır ki, aylıq maaşla onu əldə etmək fantaziyadır. Odur ki, hüquq-mühafizə orqanları Bərdə "JEK” rəisinin fəaliyyətini yoxlaya bilərdi.

Bərdəlilər onu da istisna etmirlər ki, R.Məmmədov Bərdə rayon İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Zaur Bəylərov kimi bahalı maşını ilə ağır qəza törətməyəcək.

R.Məmmədov Bərdə rayon İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Zaur Bəylərovla əlbir olaraq, 3 milyon manat pulu mənimsəyib.

Göründüyü kimi, ayrılan vəsaitin hara xərclənməsi tamamilə sual altındadır. Bu vəsait ayrılandan sonra, R.Məmmədov özünə "Land Kruiser” markalı (90-190 dövlət nömrə nişanlı) avtomobil alıb.

Hər iki əyalət məmurunun fəaliyyətindən xirtdəyə qədər boğaza yığılan Bərdə ictimaiyyəti prezidentə, I vitse-prezidentə, Prezident Adimistrasiyası rəhbərinə müraciət ünvanlamağa hazırlaşır.

Sakinlərin tələb və xahişi ondan ibarətdir ki, dövlət rəhbərliyi təcili şəkildə Bərdəyə təftiş komandası ezam etsin.

PA-dan göndərilən səlahiyyətli şəxslər Z.Bəylərovla R.Məmmədovun fəaliyyətini təftiş etsinlər. Bütün tərəfləri dinləməyə hazırıq./xeberci.org/index.php?newsid=1468

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26