Interposta.Info

Vidadi İsayevin zülümü SAHİBKARLARI DİLƏ GƏTİRDİ - ŞİKAYƏT

Manşet / Paradoks
 4-08-2017, 01:42     11 683

Sahibkarların torpaqları əllərindən alınır!
Bərdə rayon sahibkarları interposta.info-a müraciət edərək ərşə çəkilən zülümündən bəs edirlər.

Rayon rəhbərliyi kiçik sahibkarlara göz verib işıq vermir.

Bu idiyaları səsləndirən sahibkarların müraciətin olduğu kimi təqdim edirik.

Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev Cənablarına


Bərdə rayon Təhlə kənd ərazisində icarəyə torpaq
götürmüş və kiçik sahibgarlıqla məşqul olan məcburi
köçkünlər və yerli sakinlər tərəfindən


M Ü R A C İ ƏT


Biz Bərdə rayon Təhlə kənd ərazisində Bərdə rayonu icra hakimyəti ilə müqavilə bağlayıb kiçik sahibkarlıq məqsədi ilə torpaq götürənlər bildiririk ki, ferma yaradıb heyvandarlığı və əkinçiliyi inkişaf etdirmişik. Şoran torpaqları saflaşdırıb əkin sahələrinə çevirmişik. Bütün pullarımızı bu torpağın saflaşdırılmasına sərf etmiş, gələcəyə inanıb həyatımızı bu torpağa bağlamışıq. Bundan narahat olan yerli məmurlar Kənd Təsərrüfat Nazirliyi və Nazirlər Kobineti adından bu torpaqların başqa şəxislərə verilməsi haqqında sərəncamın olduğunu bildirdilər.
Rayon icra hakimyəti bizi bu torpaqlardan dərhal və qeydi şərtsiz porpaqlardan çıxmasını tələb edir. Bizə bu qədər qərəzli münasibəti nə üçün olduğunu bilmirik.
Azərbaycan Respubilkasının Prezidenti hər çıxışında bildirir ki, sahibkarlara kömək edin kənd təsərrüfatın inkişaf etdirsin, amma Bərdə rayon icra başçısı Vidadi İsayev Prezidentimizin tapşırıqlarına məhəl qoymur.
Hörmətli Prezident adı çəkilən ərazidə 20-dən artıq ailə dolanışığını təmin edir. Biz aşağıda imza edənlər və rayonda bizim kim onlarla sahibgarlar Vidadi İsayevin qurbanların çevrilib. Biz bu torpaqları münbütləşdirmişik əlimizdən alınmasına imkan verməyin son ümüdümüz Sizədir.

İmza:

1. Hacıyev Rahil
2. Məmmədov Yalçın
3. Səfərov Tahir
4. Qarayev Mahir
5. Hüseyinov Fərux
6. Şərəfxanov Kamil
7. Hacıyev Niyaməddin
8. Məmmədov Araz
9. Qəhramanov Pənah
10. Qarayev Rəfil
11. Aslanov Ələddin
12. Davudov Şahlar

Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26