Interposta.Info

AMEA Polimer Materialları İnstututunun keçmiş əməkdaşından Prezidentə

Ölkə
 30-01-2018, 21:22     10 485

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Sumqayıtda yerləşən Polimer Materialları İnstututunun Kadrlar şöbəsinin keçmiş müdiri, Laçın rayonundan məcburi köçkün Ağayev Əlibala Eldar oğlu işindən qanunsuz kənarlaşdırılması ilə bağlı prezident İlham Əliyevə şikayət ərizəsi ilə müraciət edib. Müraciətdə bildirilir ki, Ə. Ağayev AMEA rəhbərliyində təmsil olunan bəzi şəxslərin qərəzli münasibətinə görə işini itirib. Müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə,

Sumqayıt şəhəri, H. Z. Tağıyev qəs. S. Bəhlulzadə küç. ev-1, mən-16-da yaşayan məcburi köçkün Ağayev Əlibala Eldar oğlu tərəfindən

Ə R İ Z Ə


Möhtərəm Prezident!


Bu günə qədər müraciət etdiyim strukturlarda hüququm bərpa olunmadığı üçün yenidən Sizə üz tutmalı oldum. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən heç bir qanuni əsas olmadan işimdən uzaqlaşdırılmışam.
Nəzərinizə çatdırım ki, 29.09. 2014-cü ildə Sumqayıt şəhər Məşğulluq Mərkəzinin rəsmi göndərişi ilə AMEA-nın Polimer Materialları İnstitutunda boş olan kadrlar şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunmuşam. İşlədiyim müddət ərzində öz vəzifəmi layiqincə yerinə yetirməyə çalışmışam. Lakin buna baxmayaraq 2017-ci ilin aprel ayında institut rəhbərliyi heç bir əsas olmadan mənim əmək müqaviləmi yeniləmədi və məni işdən uzaqlaşdırdı. Şifahi söhbətimiz zamanı izə direktor Bəxtiyar Məmmədov bildirdi ki, sən get AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevlə danış, razılaş. Sənin işdən çıxarılmağını o tələb edir.
Mən başa düşə bilmirəm ki, Fətəli Abdullayevin mənimlə nə şəxsi qərəzliyi var?

Möhtərəm Prezident!

Mən işlədiyim müddətdə institut əməkdaşlarının işə davamiyyəti və digər nizam-intizam qaydalarına əməl edilməsi prinsiplərini qorumağa çalışmışam. Bununla əlaqədar davamlı olaraq üzrlü səbəbdən işə gəlməyən əməkdaşlardan biri- Xəlilli Leyladan işə gəlməsini tələb etdim. Sonradan öyrəndim ki, həmin əməkdaş Fətəli Abdullayevin qohumudur və mənim bu davranışım F. Abdullayevin “xoşuna gəlməyib”. İnstututn o zamankı rəhbəri Akif Əzizov bunu mənə açıq söylədi və bildirdi ki, F. Abdullayev səni işdən çıxarmağımı tələb edir.
Bundan başqa, AMEA-nın İşlər İdarəsi F. Abdullayevin PMİ ilə bağlı digər qanunsuz əməllərinin, qanun pozuntularının qarşısını almağa çalışdığım üçün mənimlə düşmən kəsildiyini özü etiraf etməli oldu. Belə ki, institutun ərazisinin xeyli hissəsinin qeyri-qanuni olaraq hansısa tikinti firmasına verilməsi “əməliyyatı”nı F. Abdullayev şəxsən özü həyata keçirmişdir (27 may, 2015-ci ildə “Sumqayıt MTK” ilə bağlanan 15 saylı müqavilə). Qarşılığında isə F. Abdullayev həmin firmadan 116 və 110 kvadratmetrlik iki dənə 3 otaqlı mənzil almışdır. Mənim bununla bağlı etirazlarım da onun “qəzəbinə tuş gəlməyimə” səbəb olmuşdur.
Beləliklə, 26.04.2017-ci ildə əmək müqaviləmin müddəti bitdikdə mənimlə yenidən müqavilə imzalanmasından qeyri-qnuni olaraq imtina edildi. İnstitutun yeni rəhbəri prof. Bəxtiyar Məmmədov mənə öz otağında bildirdi ki, bu məsələ F. Abdullayev tərəfindən qərarlaşdırılıb. O, mənim işdən azad edilməyimi B. Məmmədovdan tələb edib.

Möhtərəm Prezident!

Mən pozulmuş əmək hüququmun bərpa edilməsi məqsədilə Sumqayıt şəhər Məhkəməsinə müraicət etsəm də müxtəlif mənbələrdən öyrəndiyim məlumata görə, F. Abdullayev özünün əlaqələrindən istifadə edərək məhkəmənin mənim şikayətim barədə müsbət qərar verməsinə qarşı təsir göstərib.
Nəzərinizə çatdırlm ki, mənim dörd övladım var. Onların ikisi tələbə, ikisi isə məktəblidir. Məcburi köçkün ailəsi olaraq sosial vəziyyətimiz ağırdır. Belə bir vəziyyətdə Sizə müraciət edərək xahiş edirəm ki, məni F. Abdullayevin qanunsuz əməllərinin qurbanı olmaqdan xilas edəsiniz və pozulmuş hüquqlarımın bərpa olunmasında köməklik göstərəsiniz./moderator.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26