Interposta.Info

Azarbaycanda türkiyəli iş adamının yüzminlərlə dollarını oğurladılar

Ölkə
 25-01-2018, 10:44     10 526

Bakıda türkiyəli iş adamının evi qarət edilib.

interposta.info
APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.

Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26