Interposta.Info

Bakıda banka basqın oldu

Ölkə
 18-01-2018, 18:34     10 499

"Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

"XeberBiz" Report-a istinadən xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

interposta.info bildirir ki, fakt üzrə araşdırmalar davam etdirilir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26