Interposta.Info

"O Ses Türkiye"nin azərbaycanlı iştirakçısı ağladı:

Ölkə
 15-01-2018, 11:06     10 448

Dünən "O ses Türkiye" mahnı yarışmasının II turunun seçimləri olub.

"XeberBiz" xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, bu mərhələdə müğənni Hadisənin komandasında çıxış edən azərbaycanlı ifaçı Ozan Əhmədov növbəti tura keçib.

Səhnədə "Duyanlara duymayanlara" mahnısını ifa edən Ozan sonda göz yaşlarını saxlaya bilməyib. Onun bu performansı izləyiciləri duyğulandırıb, hər kəs mahnını təkrar oxuması üçün bir ağızdan "Bir daha" deyə qışqırıblar.

Seçim mərhələsində müğənni Hadisə 2018-ci ildə yoluna azərbaycanlı ifaçı Ozan Əhmədovla davam edəcəyini bildirib.

Seçimdən öncə isə o, Ozandan nə üçün ağladığını soruşub. İfaçı sevdiyi qıza görə ağladığını bildirib:

"İllər öncə bir qızı sevdim. 10 ildir axtarırdım, tapa bilmirdim. Yaxınlarda toyu olacaq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26