Interposta.Info

Batukayev Qulini özündən çıxartdı: 700 silahlı ayağa qalxdı

Ölkə
 8-01-2018, 00:41     10 492

Dekabr ayının ortalarında Moskvada bəzi bazarların Lotu Qulinin nəzarətində olması faktını görməzdən gələn çeçenlər Əziz Batukayevin adından gəlirlərin ona yönəldilməsinə cəhd göstərib. Hadisədən xəbər tutan Nadir Səlifov Batukayevin izahatını gözləmədən özü ona zəng edib.

Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, söhbət zamanı Batukayev kifayət qədər sərt və birmənalı şəkildə obyektlərin öz nəzarətinə keçdiyini bildirib. Quli isə öz növbəsində bu məsələnin ölümcül nəticələri olacağına söz verib. Oğrular arasındakı söhbətin tonu hər hansı bir sülh imkanının istisna olduğunu göstərib.

Versiyalardan birinə görə, Ded Xasanın ölümündən sonrala çeçenlər Batukayevin oğru dünyasının lideri mövqeyinə namizədliyi məsələsini ciddi şəkildə nəzərdən keçirib və məhz elə bu səbəbdən Batukayev Qırğızıstandan köçürülüb. Məsələnin dərin müzakirələri Batukayevin rus “obşak”ına iddialarının çox şişirdilmiş olduğunu göstərib. Rusiya miqyasında Əziz Qroznı səviyyəsində mövqe tutub ki, bu da özlüyündə pis olmasa da, gözləntilərin altında qalıb.

Moskvada öz varlığını təsdiq etmək istəyən Əziz Batukayevlə qanuni oğru Nadir Səlifovun (Lotu Quli) qruplaşmaları arasında nüfuz dairələrinin bölüşdürülməsinə dair keçirilən “sxodka”nın qarşısını Rusiya xüsusi xidmət orqanları alıblar.

Lotu Quli Moskvada 700 silahlı adamını ayağa qaldırıb, daha sonra isə qarşı tərəfdən kiçik bir görüş keçirmək barədə təklif alıb. Lakin sonda görüşə müdaxilə edən güc strukturları “sxodka”nın qarşısını alıblar.

İndi isə Quli ilə yaranan qarşıdurmaya görə Batukayevin oğru titulu sual altında qalıb və onu təsdiqləmək heç də sadə olmayacaq. Çeçen avtoritetin nə vaxt və kim tərəfindən taclandırılmasının qaranlıqlar içində qalması da heç kimə sirr deyil. Moskvada onun qanuni oğru olmasını Şakronun təsdiqləməsi gözlənilsə də, onlar arasındakı görüş hələ də baş tutmayıb.

Necə olur olsun, Batukayev azərbaycanlı olmayan qanuni oğrular arasında Quliyə qarşı durmağa ürək edən ilk oğru kimi tarixə düşməlidir. Digər tərəfdən isə Rusiya xüsusi xidmət orqanları Qulinin simasında çeçenlərlə güc mövqeyindən danışa biləcək yeni personajın peyda olduğunu hesab edirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26