Interposta.Info

Mikayıl Cabbarov prezidentin işdən çıxartdığı şəxsə vəzifə verdi

Ölkə
 6-01-2018, 15:14     10 801

Vergilər Nazirliyində daha bir kadr təyinatı olub.

"XeberBiz" mia.az-a istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun əmri ilə Xəqani Abdullayev nazir müşaviri təyin olunub.

Məlumat üçün bildirək ki, bundan əvvəl Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, ötən ilin avqustun 1-də prezident İlham Əliyevin imzaladığı sərəncamla işdən azad olunmuşdu. Bir müddət öncə mediaya açıqlama verən X.Abdullayev bildirmişdi ki, vəzifəsindən öz xahişi ilə azad olunub. Yeni iş yerinə gəlincə, qeyd etmişdi ki, tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır.

Mia.az-ı məlumatlandıran şəxs onu da qeyd edib ki, X.Abdullayev bank-maliyyə sektorunda ölkənin aparıcı mütəxəssislərindən sayılır. Bu səbəbdən də onun Vergilər Nazirliyində mühüm interposta.info təyinatı səbəbsiz deyil.

Onu da nəzərə çatdıraq ki, X.Abdullayevin qarşıdakı dövrdə nazir müavini təyin olunacağı da gözlənilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26