Interposta.Info

Azərbaycanda məşhurlar maraqlı sosial çarxda iştirak ediblər

Ölkə
 6-01-2018, 10:24     10 464

Bu gün məşhurların da yer aldığı "Sahibsiz küçə heyvanlarını qoruyaq” adlı sosial çarx təqdim olunub.

"XeberBiz" Oxu.Az-a istinadən məlumatına görə, layihə "Lider” telekanlının rəhbəri Ədalət Əliyevin həyat yoldaşı Nailə Əliyevanın təşəbbüsü ilə baş tutub.

Sahibsiz küçə itləri ilə davranış qaydalarından bəhs edən sosial layihədə millət vəkili Qənirə Paşayeva, xalq artisti Faiq Ağayev, əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə, əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, yazıçı Çingiz Abdullayev, bəstəkar-müğənni Murad Arif, müğənnilər Elnur Hüseynov, Nura Suri, əməkdar rəssam Müseyib Əmirov, yunan-roma güləşi üzrə dünya çempionu Fərid Mansurov, "Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova, aparıcı Hüsniyə Məhərrəmova, aktyor Taleh Yüzbəyov, ilahiyyatçı Hacı Şahin iştirak edib.

interposta.info bildirir ki, videoçarxda N.Əliyevanın özü də çəkilib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26