Interposta.Info

“Gözüyaşlı insanların hissləri ilə oynayırsınız” - Alpinistlərin axtarışında son durum

Ölkə
 4-01-2018, 12:15     10 297

"Gilavar” Hava-Ekstremal İdman klubu itkin düşən alpinistlərin axtarışları ilə bağı yeni məlumat yayıb.

"XeberBiz" BakuPost.az-a istinadən xəbər verir ki, klubun feysbuk səhifəsində 3 gəncin axtarışının bu gün də davam etdiyi qeyd olunub:
"Bəzi media qurumları qeyri-peşəkarlıq göstərərək yanlış informasiyalar verməyə davam edirlər. Birbaşa Klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırılması və ya Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır. Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir, bu xırda xəbər portalları İP, reytinq xətrinə belə fırıldaqlara yol atmaqla hazırda gözüyaşlı gözləyən nə qədər insanın hisləri ilə oynayır. Üstəlik Xəzər TV kimi kifayət qədər izləyici kütləsi olan bir kanal da xəbərlər buraxılışında bu əsassız informasiyalara istinad edir. Bəli, Qəbələdə də axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik klubumuzdan heç kəs də belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hislərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün faktlarla bağlı müvafiq tədbirlər görüləcək”.

Yayılan açıqlamada dağçıların icazəsiz getməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirilib:
"Digər bir yanlış informasiya isə dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsidir. Bu mümkün olacaq şey deyil, çünki bu ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər.

Ümidimizi üzmür, alpinistlərimizin sağ-salamat qayıdacağına inanırıq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26