Interposta.Info

Əkizlərdən biri 2017, digəri isə 2018-ci ildə doğuldu -

Ölkə
 3-01-2018, 12:26     10 437

Kaliforniyada nəinki gün, il fərqi ilə doğulmuş əkizlər dünyaya gəldi.

Bu haqda “Daily Mail” nəşri xəbər yayıb. Həkimlərin hesabına görə, 27 yanvarda doğmalı olan Maria Ontiverosun dekabrın 31-də erkən doğum sancıları başalyıb və o, xəstəxanaya aparılıb. 2018-ci ilin qədəm qoymasına yaxın dəqiqələrdə doğum prosesi başlayıb və körpələr 18 dəqiqə fərqi ilə dünyaya gəlib. İlk uşaq- oğlan 31 dekabr 2017-ci ildə saat 23:58-də, ikinci körpə- qız isə 2018-ci il yanvarın 1-də saat 00:16-da doğulub. Çəkisi 2,5 kq olan oğlanın adını Xoakin, 2,1 kq-lıq qızın adını isə Aitana qoyublar.

Həkimlərin sözlərinə görə, erkən doğumlara baxmayaraq körpələr özlərini yaxşı hiss edirlər.
Marianın ailəsi zəngin deyil. O, əri ilə birgə daha üç qız böyüdür. Odur ki, yerli ictimai təşkilatlar bu ailəni mükafatlandırmaq qərarına gəliblər. Ontiveroslar ailəsinə qeyri-adi doğuşlara görə 3 min dollarlıq hədiyyələr bağışlanıb.

interposta.info

Əkizlərdən biri 2017, digəri isə 2018-ci ildə doğuldu -
Əkizlərdən biri 2017, digəri isə 2018-ci ildə doğuldu - Əkizlərdən biri 2017, digəri isə 2018-ci ildə doğuldu -
Əkizlərdən biri 2017, digəri isə 2018-ci ildə doğuldu - Əkizlərdən biri 2017, digəri isə 2018-ci ildə doğuldu -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26