Interposta.Info

Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır

Ölkə
 29-12-2017, 09:55     9 287

Sabahdan - dekabrın 30-dan Azərbaycanda 5 günlük tətil başlayır

"XeberBiz" report-a istinadən bildirir ki, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də Yeni il bayramı ilə əlaqədar iş olmayacaq.

Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.

Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-u, 31-i, yanvarın 1-i, 2-si və 3-ü iş olmayacaq.

Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26