Allahşükür Paşazadənin qızı klinika açıb

Vergilər Nazirliyi "Zəhra Clinic" MMC-ni dövlət qeydiyyatına alıb.
"Xeberbiz" APA-ya istinadən xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat dərc edilib.
MMC-nin nizamnamə kapitalı 100 manatdır. Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır.
MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 13, mənzil 111-dir.
Qeyd edək ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26