Interposta.Info

Gədəbəydə yaşayan, saz çalan amerikalı Marta Laury -

Ölkə
 25-12-2017, 07:28     10 556

Azərbaycana gəldikdən sonra burada qalmağa qərar verən Amerikalı Marta Laury Qafqazı, xüsusiylə Azərbaycanı adət-ənənələri, saz havalarına görə seçdiyini deyib. Marta Laury azərbaycanlıların qonaqpərvərliyindən danışarkən qeyd edib ki, burada ilk öyrəndiyi söz də elə “ye” kəliməsi olub, çünki azərbaycanlılar qonağa süfrə açmağı, onu yedirməyi çox sevirlər.

Bir müddət Gədəbəydə yaşayan amerikalı xanım buranın təbiətinə heyran olduğunu xüsusi vurğulayıb. O, qeyd edib ki, azərbaycanda qonaq kimi qalmaq istəməyib və burada yaşamağa qərar verib. Marta Laury artıq sazda ifa etməyi də öyrənib. Yurd TV-nin hazırladığı Marta Laurydən bəhs edən, 2013-cü ildə çəkilən reportajı təqdim edirik.

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26