Pambıq yığan tibb işçilərini tarladan gətirən təcili yardım maşını aşdı
Bu gün axşam saatalrında Kürdəmir rayonunda "pambıqçıları” sahədən gətirən, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına məxsus təcili yardım avtomaşını Karrar və Ərşəli kəndləri arasındakı yolda aşıb.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində avtomaşında olan 10 nəfər qadın müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların hamısının pambıqdan qayıdan texniki tibb işçiləri olduğu deyilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26