Interposta.Info

General:

Ölkə
 21-12-2017, 08:45     10 492

"Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub"

AzVision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev "Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsi” mövzusunda keçirilən "dəyirmi masa”da çıxışında deyib.

R.Əliyev bildirib ki, müasir Azərbaycan Ordusunun müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin ötən əsrin 70-ci illərində yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey ordumuzun inkişafında böyük rol oynayıb.

"Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın ordu quruculuğuna verdiyi töhfə təkcə Cəmşid Naxçıvanski adına Hərbi Liseylə məhdudlaşmır. Azərbaycanın müstəqilliyinin bərpasından sonra 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərimiz ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük töhfə verib. Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub. Hərbi şəhərciklərin çox hissəsi yenidən tikilib və ya tam təmir edilib. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyir" - general-mayor vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26