Interposta.Info

Səhiyyə Nazirliyinin icazəsi olmadan saxta dərmanlar ölkəyə necə daxil olur? - Təhlükə

Ölkə
 18-12-2017, 11:29     10 517

Adil Qeybulla: “Səhiyyə Nazirliyinin özü iddia edirsə ki, bu dərman qeydiyyatdan keçməyib, düşünürəm ki, bu məsələ araşdırılmalıdır”

İlham İsmayıl: “Səhiyyə nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti bu problemə ciddi yanaşmalı və daim diqqətdə saxlamalıdır”.

Son zamanlar Səhiyyə Nazirliyi bəzi dərmanların saxta olması ilə bağlı açıqlama yayır. Bu isə özü özlüyündə təəccüb doğrumaya bilmir. Çünki qanunla Səhiyyə Nazirliyinin lisenziya vermədiyi dərmanların ölkəyə gətirilməsi qadağandır. Xatırladaq ki, ən son olaraq Səhiyyə Nazirliyi məlumat yayaraq “OKSİAM-B” adlı göz damcısının saxta olduğunu bildirib və və əhaliyə bu dərmandan istifadə etməmək tşvsiyyə olunub. Açıqlamada qeyd olunur ki, nazirliyin Analitik Ekspertiza Mərkəzinə edilən müraciətə əsasən Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olduğu göstərilən “OKSİAM-B” adlı göz damcısının saxta olub-olmaması Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən araşdırılıb və araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən məhsulun mənşəyi məlum deyil, və dərman preparatı saxtadır. “Belə ki, Türkiyənin “Universe Pharma İlac” şirkətinin məhsulun qablaşması üzərində göstərilən ünvanda heç bir istehsalat sahəsi mövcud deyil və məhsul Türkiyə Səhiyyə Nazirliyi Dərman və Tibbi cihaz qurumu (TİTCK) tərəfindən dövlət qeydiyyatına alınmayıb”, deyə nazirliyin yaydığı açıqlamada bildirilir.

Səhiyyə Nazirliyinin icazəsi olmadan saxta dərmanlar ölkəyə necə daxil ola bilir, bunun üçün məsuliyyəti kimlər daşımalıdır və əgər ölkəyə saxta dərmanlar daxil olursa, bu əhalinin təhlükəsizliyinin Səhiyyə Nazirliyi tərəfindən qoruna bilməməsi demək deyilmi? Həmçinin ola bilərmi ki, Səhiyyə Nazirliyindən verilən bu açıqlamalar bazarda kimlərinsə gətirdiyi dərmanların satışını əngəlləmək məqsədi daşısın? Yəni dərmanlar heç də saxta deyil, amma dərman gətirən qruplaşmalar arasında rəqabətdə Səhiyyə Nazirliyində kimlərsə iştirak etsin?

Mövzu ilə bağlı tibb elmləri doktoru, həkim Adil Qeybullaya və Azərbaycanın xüsusi xidmət orqanlarının keçmiş polkovnik-leytenantı İlham İsmayıla müraciət edib.

Adil Qeybulla: “Əgər bu dərman qeydiyyatdan keçməyibsə, necə ola bilər ki, həmin dərman dövriyyədə var, həm də aptek şəbəkələrində satışdadır”.

"XeberBiz" bildirir ki, əgər həqiqətən həmin dərmanlar qeydiyyatdan keçməyib və satışda varsa, bu konkret araşdırılası mövzu olduğunu vurğulayan ekspert, tibb elmləri doktoru Adil Qeybulla mövzu ilə bağlı Pia.az-a açıqlamasında bildirib ki, müvafiq orqanlar bununla məşğul olmalıdırlar:


“Dərman maddələrinin qedyiyyatı Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində həyata keçirilir. Yəni reyster oradadır. Qeyd edim ki, əslində Səhiyyə Nazirliyində reysterdən keçməyən, laboratoriyada yoxlanılmayan dərmanların istifadəsi qeyri qanuni sayılır. İndi isə xüsusilə Səhiyyə Nazirliyinin özü iddia edirsə ki, bu dərman qeydiyyatdan keçməyib, düşünürəm ki, bu məsələ araşdırılmalıdır. Həmin dərmanların kimlər tərəfindən gətirildiyi müəyyən edilməlidir. Hər halda dərmanları ölkəyə kiçik adamlar gətirmirlər. Buna görə də bu məsələ araşdırılmalıdır və axırına çıxılmalıdır.

Onu da qeyd edim ki, bu cür söhbətlər birinci dəfə deyil. Dəfələrlə olub məlumat yayıblar ki, ölkədə saxta dərmanlar var. Düşünürəm ki, kütləvi informasiya vasitələri də bu məsələnin arxasınca getməlidirlər və Səhiyyə Nazirliyini sorğu etmək lazımdır ki, əgər bu dərman qeydiyyatdan keçməyibsə, necə ola bilər ki, həmin dərman dövriyyədə var, həm də aptek şəbəkələrində satışdadır. Əgər həqiqətən həmin dərmanlar qeydiyyatdan keçməyib və satışda varsa, bu konkret araşdırılası mövzudur və hesab edirəm ki, müvafiq orqanlar bununla məşğul olmalıdırlar.

Adil Qeybulla: “Azərbaycanda kimlərinsə gətirdiyi dərmanların bazarda satışını əngəlləmək hallarının olması mümkündür”.

Nəyinki saxta - keyfiyyət parametləri aşağı olan, qeydiyyatdan keçməmiş, yoxlanılmamış, yəni hansılar ki, qaçaqmalçılıqla və müxtəlif yollarla dərmanlar ölkəyə gətirilib, bu cinayət təqibi yaradan bir məsələdir. Bu məsələ də mütləq araşdırılmalıdır.

Azərbaycanda kimlərinsə gətirdiyi dərmanların bazarda satışını əngəlləmək hallarının olması da mümkündür. Çünki təəssüflər olsun ki, ölkədə korporativ maraqlar var. Amma hər halda rəsmi açıqlama var. Bu rəsmi açıqlamaya da biz inanmaq zorundayıq”.



İlham İsmayıl: “Görünür hansısa qruplaşma nazirliklə “dil tapa bilmir və ölkəyə kimsə Səhiyyə Nazirliyinin başı üzərindən dərman gətirir. Ona görə də Səhiyyə Nazirliyi belə bəyanatlar səsləndirir”.


"XeberBiz" xəbər verir ki, MTN-in keçmiş şöbə rəisi, polkovnik - leytenant İlham İsmayıl isə mövzu ilə əlaqədar Pia.az-a bildirib ki, Sağlamlıq və səhiyyə təhlükəsizliyi Milli təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsidir və ona görə də həm Səhiyyə nazirliyi, həm də Dövlət Təhlükəsizlik Xidməti bu problemə ciddi yanaşmalı və daim diqqətdə saxlamalıdı:

“Ölkə iqtisadiyyatının ixrac və idxalında , ümumiyyətlə iqtisadiyatda monopoliyanın olması məlum məsələdir və gizlədilmir də. Dərmanların az qala hamısı xaricdən gətirilir. Əgər Səhiyyə nazirliyinin dediyi kimi ölkəyə saxta dərman gətirilirsə, bunun müəyyənləşdirilməsi səlahiyyətli orqanlar üçün çətin deyil, amma, həm də çətindir. İdxal və ixrac, xüsusilə dərman idxalı müəyyən statusa malik şəxs və ya firma tərəfindən gətirildiyindən, ola bilsin ki, bəzi maneələr yaransın. Səhiyyə nazirliyi bu məlumatı yaymaqda maraqlı görünür ki, lisensiyasız ölkəyə dərman gətirilməsinin qarşısını almaq üçün problemlər yaranmasın. Sağlamlıq və səhiyyə təhlükəsizliyi Milli təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsidir. Səhiyyə nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti bu problemə ciddi yanaşmalı və daim diqqətdə saxlamalıdır”.

Dərman sahəsində monopoliyadan bəhs edən İlham İsmayılın fikrincə hansısa qruplaşma Səhiyyə Nazirliyi ilə dil tapa bilmir:

Monopoliya olan yerdə rəqabət olmur. Ölkəyə “dərman gətirən qruplaşmalar” da çox deyil ki, Səhiyyə Nazirliyi səviyyəsində bəyanat səsləndirilsin. Görünür hansısa qruplaşma nazirliklə “dil tapa bilmir və ölkəyə kimsə Səhiyyə Nazirliyinin başı üzərindən dərman gətirir. Ona görə də Səhiyyə Nazirliyi belə bəyanatlar səsləndirir”.

Qeyd edək ki, mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə müraciətimizi dərman və əczaçılıq şöbəsinə yönləndirdilər. Lakin həmin şöbədən telefon zənglərinə cavab verən olmadı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26