Interposta.Info

2018-ci ildə Bakıda yeni metro stansiyaları açılacaq? (AÇIQLAMA)

Ölkə
 16-12-2017, 14:14     10 391

İstanbulda ilk dəfə olaraq maşinistsiz idarə olunan metro qatarları işə düşür.

Qaynarinfo xəbər verir ki, sözügedən qatarlar dekabrın 15-də xəttə buraxılacaq. Bəs Azərbaycanda necə, yaxın gələcəkdə belə qatarları görmək mümkün olacaq?

Bununla bağlı sualımızı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə ünvanladıq:

“Azərbaycanda belə qatarların xətdə buraxılması yaxın zamanlar üçün gözlənilmir”.

Bakı Metropoliteninin yeni stansiyaları tikilir. 2018-ci ildə onlardan hansının açılışı gözlənilir? Qurum rəsmisi bununla bağlı konkret tarix açıqlamadı:

“Yeni ildə yeni stansiyalarımız açılması, bir sıra yeniliklər gözlənilir. Amma dəqiq heç nə deyə bilmirəm. Bu məsələlər açılışa az vaxt qalmış dəqiqləşir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26