Interposta.Info

“WhatsApp”ın yeni versiyasının sirləri açıqlandı

Ölkə
 12-12-2017, 17:28     10 543

“WABetainfo” resursu “WhatsApp”ın yeni versiyasının sirlərini açıqlayıb.

İKT.lent.az-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, əlavənin test versiyasında kontaktın blokdan çıxarılması və sonradan ona məlumatın göndərilməsi rejimi də istifadəyə verilib. Bunun üçün isə sadəcə, müvafiq qrafada barmağı sıxaraq saxlamaq kifayətdir.

Mütəxəssislər əmindir ki, müvafiq imkanlar rəsmi relizə keçiriləcək. Bundan başqa, “Android” platforması üçün messencerin versiyası dəvət keçidlərini dəstəkləyəcək. Bu imkanlardan müzakirə üçün yeni müsahiblərin dəvət edilməsi üçün qapalı çatların inzibatçıları istifadə edə biləcəklər.

Daha bir yenilik aktiv “WhatsApp” əlavəsində smartfonların silkələnməsindən ibarətdir. Bu, əlavənin işində yaranmış problem barəsində dəstək xidmətinə tez bir zamanda bildiriş göndərməyə imkan verəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26