18 milyon il əvvəl nəsli tükənmiş heyvanın yeni növü kəşf edildi
Avstraliyalı alimlər nəsli 18 milyon il əvvəl tükənmiş meymun aslanının yeni növünü kəşf edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın "Riversleigh" Dünya Mirası Bölgəsində tapılmış kəllə sümüyü, diş və üst qol sümüyünün qalıntılarını analiz edən alimlər araşdırmalarını Sistematik Palaeontologiya jurnalında yayımlayıb. Heyvanın adı şəklini çəkən sənətçi Peter Şkoutenin şərəfinə "Wakaleo Schouten" adlandırılıb.
18-26 milyon il əvvəl Avstraliyanın tropik meşələrində yaşayan "Wakaleo Schouten" 23 kq çəkiyə sahib, orta ölçülü it böyüklüyündə yırtıcı heyvan olub. Bu heyvanın ən son aşkarlanan növü 130 kq idi və 30 il əvvəl nəsli kəsilmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26