Interposta.Info

Azərbaycanın 7 satanisti - 2-si qadın, 5-i kişi...

Ölkə
 1-12-2017, 12:16     10 400

Bir neçə il bundan əvvəl Azərbaycanda missioner təşkilatlarının gücləndiyi ilə bağlı həyəcan təbili çalınırdı. Bununla paralel olaraq qeyri-ənənəvi inancların da hökm sürdüyü bəlli idi. Bunlardan biri də satanistlər idi ki, onların Azərbaycanda aktivlik göstərdikləri söylənilirdi.

"XeberBiz" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev Modern.az-a açıqlamasında bir vaxtlar satanistlərin statistikasını apardıqlarını deyib.

"Satanistlər nəzarət altında olduqlarını bilirdilər”

"Komitəyə rəhbərlik etdiyim 2001-2006-cı illərdə Azərbaycanda satanistlər olub. Hansısa prosedurlar, əməliyyatlar keçirirlər. Onların öz dəsti-xətti var. İldə bir dəfə ya insan qanı içirlər, ya da onların icmasında olan adamlardan biri özünü qurban verir. O vaxtlar bizdə məlumat vardı ki, Azərbaycanda 7 satanist var. Amma biz onları tapa bilmədik ki, görək, onlar kimdir.

Hansı regionu əhatə etdiklərini də bilmədik. Rusiyada "Yahova şahidləri"nin ofisi vardı, o, bağlanandan sonra satanistlər başqa ölkələrə səpələndilər. Satanistlərin məkanı o vaxtlar Montində yerləşirdi. Azərbaycandakı satanistlər həmin mərasimləri keçirmirdilər. Çünki nəzarət altında olduqlarını bilirdilər”.

İnsan qurban verməyi sevirlər

Rafiq Əliyev deyir ki, satanist olmağa meyilli olanlar daha çox qadınlardır.

"Ona görə də dini sektalar qadınları rahat idarə edə bilirlər. Amma Azərbaycanda olan 7 satanistin 2-si qadın, 5-i kişi idi. Satanistlər həm öz, həm də başqalarının qanını içirdilər. Bizi də maraqlandıran başqalarının bunların əlinə keçməsi məsələsi idi. Onlar başqalarını da qurban verirdilər.

İbrahim peyğəmbər övladının əvəzinə Allahdan qoyun qurban aldı. Biz o vaxtdan qoyunu qurban kəsirik. Satanistlər isə insanı da qurban verə bilir. Çünki dinlərin ətrafında qurban vermək ənənəsi həmişə mövcud olub. Hətta ilahi dinlərdən əvvəl oda, suya, ağaca ən yaxşı adamlarını qurban verirdilər. Ən yaxşı qızlardan birini aparıb çaya qurban verirdilər ki, çay daşıb kəndləri dağıtmasın”.

Azərbaycanda satanistlər indi də var

Keçmiş komitə sədri rəhbər olduğu dövrlərdə onları daima nəzarətdə saxladığını bildirib: "O vaxtlar satanistlərlə bağlı məsələləri həmişə nəzarətdə saxlamışam. Çünki topladığım informasiyalara həmişə diqqət etmişəm. Sadəcə, satanistlər Azərbaycanda yayılmamış qruplaşmadır.

Təəssüf ki, həmin dönəmlər də Azərbaycanda mövcud olan satanistləri ələ keçirə bilmədik. İnanıram ki, indi Azərbaycanda satanistlər var. Çünki onlar zamanında ələ keçirilməyib. Digər tərəfdən isə sektaların burda olmayan üzvü yoxdur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26