Interposta.Info

SSRİ-də gizlədilən 5 şəhər – Video

Ölkə
 22-11-2017, 07:26     8 724

SSRİ-nin qlobal liderliyə can atması onun hərbə xüsusi diqqət ayırmasına səbəb oldu. Nəticədə bu imperiya rəqiblərindən gizli olaraq məxfi şəhərlər yaratdı. Maraqlı məqam odur ki, indiyə qədər bu şəhərlərin adı heç bir xəritədə verilmir və tam gizli saxlanılır.

interposta.info Axar TV-ə istinadən SSRİ-nin ən məxfi şəhərlərini təqdim edir:

Zaqorsk-6 və Zaqorsk-7


Sergiyev Posad şəhəri 1991-ci ilə qədər “Zaqorsk” adlanıb. Bura təkcə unikal monastır və məbəd olması ilə yox, həm də qapalı şəhər olması ilə məşhurdur. “Zaqorsk-6” adlanan şəhərdə SSRİ Müdafiə Nazirliyinin Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun Virusoloji Mərkəzi olub. Zaqorsk-7-də isə SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Fiziki-Texniki İnstitutu yerləşib. Birinci şəhərdə bakterioloji, ikinci şəhərdə isə radioaktiv silah hazırlanıb. Zaqorsk-6-da alimlər Afrika və Cənubi Amerika virusları əsasında ölümcül silahlar hazırlayıblar. Məhz burada Ebola virusunun sınaqları keçirilib. Bu şəhərlərə girmək üçün insanın tərcümeyi-halı həddən artıq təmiz olmalı idi. Zaqorsk-7 şəhərinin üzərindən qapalı şəhər statusu 2001-ci ildə götürülüb. Zaqorsk-6 isə hələ də məxfi məkandır.

Arzamas-16


SSRİ amerikalıların atom silahına cavab olaraq öz atom bombasını yaratmaq qərarına gəldi. Atom bombasının hazırlanması üçün Sarova qəsəbəsinin yerində Arzamas-16 şəhəri salındı. 1950-ci illərə qədər bu şəhərdə hər kəs tam məxfi şəraitdə yaşayıb. Şəhərdəki əhali hətta öz məzuniyyətləri zamanı buradan çıxmaq haqqına sahib deyildilər. Arzamasın yeganə müsbət tərəfi buradakı əhalinin sosializmin bütün imkanlarında tam faydalana bilməsi idi. Arzamas-16 hələ də qapalı şəhərdir.

Sverdlovsk-45


SSRİ-də növbəti gizli şəhər uranın zənginləşdirilməsi ilə məşğul olan 814 nömrəli zavodun ətrafında yaradılıb. Sverdlovsk-45-də əhali yaxşı yaşasa da, o, Arzamas-16 səviyyəsinə çata bilməyib. Bu şəhərin qaydalarında biri də cinayət törədən şəxsin bir daha şəhərə qayıda bilməməsi idi. Hətta onun ailəsi burada qalsa belə, o bu imkana yenidən sahib olmurdu. Bu şəhərin indiki adı Lesnoydur və qapalılığını müəyyən qədər qoruyur.

Mirnıy


1966-cı ildə Arxangelsk vilayətində yaradılan bu şəhərin yaxınlığında Plesetsk kosmodromu yerləşir. Mirnıy digər şəhərlərə nisbətdə daha az məxfilik statusu daşıyırdı. Mirnıy hələ də qapalılıq statusunu saxlayır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26