Interposta.Info

Azərbaycan dördüncü peykini nə vaxt buraxacaq?

Ölkə
 19-11-2017, 15:26     9 356

“Azərkosmos” ASC orbitə dördüncü peykin buraxılması layihəsindən Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir.

interposta.info trend-ə istinadən xəbər verir ki, bunu sayca 3-cü peykin “Azerspace-2/Intelsat-38” peykinin buraxılışından sonra bilmək olacaq.

Peykin tikintisi üzrə işlər 2018-ci ilin yanvarında başa çatacaq, buraxılış isə gələn ilin birinci rübünə planlaşdırılıb.

Peykin istehsalçısı Kanadanın MDA şirkətinin törəməsi “Space Systems Loral” şirkətidir.

“Azerspace-2/Intelsat-38” peyki rəqəmsal teleradioyayım xidmətlərinin göstərilməsi, məlumat ötürülməsi və digər xidmətlər üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddəti 15 il olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26