Interposta.Info

Təbriz Mehr klinikasının qurbanları artır

Ölkə
 18-11-2017, 11:31     10 425

Srağagün keçmiş Təbriz Mehr klinikasının fırıldaqçılıq yolu ilə insanları aldatması, uğursuz əməliyyatlar keçirməsi barədə məlumat vermişdik.

Dia.az xəbər verir ki, A24.Az-ın bu xəbərindən sonra şikayətlərin sayı çoxalıb.

Sən demə, klinikanın aldatdığı təkcə aparıcı Fizzə İsmayılovanın bacısı deyilmiş.

Bizə göndərilən şikayətlərə əsasən, klinikaya gətirilən rus həkim prostatı olan və impatentliyə doğru inkişaf edən bir şəxsi müalicə edib. Həmin həkim müalicəni masaj yolu ilə aparıb. Amma belə bir masajı əsla etmək olmazmış. İki aydan sonra həkim həmin şəxsə boşanmağını, impatent olduğunu bildirib.

Eyni hadisə başqa birinin də başına gəlib. Bir müddət masaj üsulu ilə müalicə aparıldıqdan sonra yoldaşına boşanmaları gərəkdiyini bildiriblər. Yəni həkim səhvi ucbatından daha biri impatent olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26