Interposta.Info

Energetika Nazirliyində yüksək vəzifəli üç nəfər işdən çıxarılıb

Ölkə
 15-11-2017, 16:47     9 546

Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib.

“APA-Economics”in məlumatına görə, nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqov ötən gün işdən çıxarılıb.

Bundan başqa, nazirliyin Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifəsi ilə vidalaşıb.

Hələlik onların yerinə təyinat aparılmayıb.

Hər üç şəxsin vəzifədən azad edilməsi P. Şahbazovun yeni komanda qurması ilə əlaqələndirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26