Interposta.Info

Lənkəranskiyə görə dava salana güzəşt edilmədi

Ölkə
 11-11-2017, 12:53     10 503

Mərhum avtoritet Rövşən Lənkəranskiyə aid sifariş verdiyi mahnı səsləndirilmədiyi üçün gecə klubunda adam öldürən Vüsal İbrahimov apellyasiya məhkəməsi başa çatıb.

Hakim İlqar Murquzovun icraatında olan prosesdə hökm qüvvədə saxlanılıb və V.İbrahimova güzəşt edilməyib.

Hadisə Nizami rayonu, "Neftçilər" metro stansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayaraq öldürüb.Qətl hadisəsi “oğru” Rövşən Lənkəranskinin barəsində mahnı sifariş verilməsinə görə olub. Nurlanın bu istəyinə barmenin “icazə yoxdur” deyə cavab verməsi mübahisəyə səbəb olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26