Interposta.Info

Partlayan telefon yanğına səbəb oldu – VİDEO

Ölkə
 30-10-2017, 11:51     9 046

Uzun müddət cərəyanda saxlanılan telefon partlayıb və evdə yanğın baş verib.

interposta.info Xəzər TV-yə istinadla məlumat verir ki, hadisə bir neçə gün öncə Bakının Xətai rayonunda baş verib.

Ayin Məmmədov adlı şəxs bildirib ki, telefonu yatarkən cərəyana qoşublar. Gecə saatlarında partlayış səsinə oyanan ailə xalçanın alışdığını görüb. Vaxtında müdaxilə nəticəsində alovun qarşısını almaq mümkün olub.

Mütəxəssislər telefonlarda partlama və alışmanın bir neçə səbəbdən başa verə biləcəyini deyirlər.

Ustaların fikrincə, uzun müddət cərəyanda saxlanılan telefonun əvvəl batareyası şişir sonra isə partlayış və yanğına səbəb olur. Yeni model telefonların arxa qapağını açmaq mümkün olmadığından onun batareyasının şişib-şişmədiyini də görmək mümkün olmur. Əgər telefonun enerjisi qısa zamanda boşalırsa, bu, telefonun sıradan çıxmasının göstəricisidir.

Sorğular göstərir ki, əksər istifadəçilər məhz gecələr telefonu enerji ilə doldurur.

Uzun müddət cərəyanda qalan telefon təkcə yanğın deyil, eyni zamanda, partlayış nəticəsində yaxınlıqda olan şəxslərin xəsarət almasına səbəb ola bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26