Interposta.Info

“Nar”şəbəkənintəkmilləşdirilməsiişlərinidavametdirir

Ölkə
 26-10-2017, 19:55     9 109

Göstərdiyirabitəxidmətlərinidavamlıolaraqtəkmilləşdirməkləözabunəçilərinəsərfəliqiymətlərtəklifedən “Nar” şəbəkəninkeyfiyyətinindaha da yüksəldilməsiistiqamətindəapardığıişləriuğurladavametdirir.Xüsusiləbölgələrdə 3G şəbəkəsindəaparılantəkmilləşdirməişləriçərçivəsində ATM(Asynchronous Transfer Mode) texnologiyalıtransmissiyaxətlərimüasirtələblərəcavabverənvədahakeyfiyyətlirabitənitəminedən IP (Internet Protocol) texnologiyasınaəsaslanmışxətlərləəvəzedilmişdir.

Görülən təkmilləşdirmə işlərinin uğurlu nəticəsi kimi, Aran, Lənkəran və Quba-Xaçmaziqtisadi rayonları üzrə ATM xətlərindən IP texnologiyalı transmissiya xətlərinə keçid baş vermişdir.Baza stansiyalarınınIP transmissiya zolağı boyunca “Sonməntəqələr arasındakı tutum” (Last Mile Capacity) ötən illə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artmışdır.

Qeyd edək ki, 3G IP texnologiyası istifadəçilərə daha mükəmməl və sürətliverilənlər bazası resurslarından faydalanmaq və daha keyfiyyətli səs xidmətlərindən istifadə imkanları yaradır. Adı çəkilən texnologiya informasiya ötürmə kanallarında genişlənməni təmin edir, ötürülən və qəbul edilən məlumatın son istifadəçiyə qısa zaman kəsiyində, yüksək keyfiyyətləçatdırılmasına şərait yaradır. Məhz bu texnologiyanın tətbiqi ilə hər bir istifadəçiyə düşən sürət meyarı daha da yüksəlir, informasiyanın paylanması zamanı ortaya çıxa biləcək maneələr aradan qaldırılır və internet resurslarına çıxış imkanlarınınistifadəçilər arasında bərabər şəkildə paylanmasına şərait yaradılır. 3G IP təyin edilmiş məlumat dəstini bəlli bir istiqamət üzrə istifadəçilər arasında paylayır.Bu isə, öz növbəsində, abunəçilərin internet üzərindən məlumat bölüşmələri, fərqli məlumat məhsullarının daşınması, məlumatın yüklənməsi və qəbulunun daha şəffaf surətdə həyata keçirilməsinəşərait yaradır.

3G IPtexnologiyası sayəsində zəng zamanı “Uğurlu zəng nisbəti” (Call Setup Success Rate) xüsusiyyətinin təkmilləşməsiözünü bariz şəkildə nümayiş etdirir ki, bu da zəng müddətində əlaqənin yaranmasında ola biləcək xəta əmsalını minimuma endirir.

Hazırda “Nar” 3G şəbəkəsinin 94%-i tamamiləmüasirIP transmissiya texnologiyası üzərindən xidmət göstərir və bununla da istifadəçilər keyfiyyətli mobil rabitə xidmətlərindən faydalana bilirlər. Bakı və Abşeron yarımadası ərazisində isə 3G mobil şəbəkəsi tam olaraq IP texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərir.
“Nar” şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26