Interposta.Info

Bakıda nazirliyin əməkdaşı taksidə BIÇAQLANDI - VIDEO

Ölkə
 23-10-2017, 11:36     8 957

Bakının Nizami rayonu ərazisində 29 yaşlı kişini bıçaqlayıblar.

interposta.info APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Neftçilər" stansiyası yaxınlığında, Qara Qarayev prospektində olub.

Həmin ünvanda qarın nahiyəsindən bir bıçaq xəsarəti alan 1988-ci il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.


Məlumata görə, Ə.Miriyev taksidə olarkən bir nəfərlə mübahisə edib və nəticədə həmin şəxsin bıçaqlı hücumuna məruz qalıb. Hadisənin təfərrüatlarını 25-ci Polis Bölməsi araşdırır.
Qeyd edək ki, Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26