Interposta.Info

Şəkidə bələdiyyə binası yanır

Ölkə
 19-10-2017, 16:37     8 871

Şəkidə bələdiyyə binası yanır.

interposta.info APA-ya istinadən xəbər verir ki, oktyabrın 18-i axşam saat 23:30 radələrində rayonun Baş Göynük kənd bələdiyyəsinin yerləşdiyi inzibati binada yanğın başlayıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə Şəki DYMH-nin iki, Qax DYMH-dən isə bir yanğınsöndürən maşın və şəxsi heyətləri cəlb edilib.

Artıq saat yarımdır ki, yanğın davam edir. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26