Interposta.Info

Naməlum obyekt göründü: Rus raketinin parçaları? - Video

Ölkə
 18-10-2017, 12:39     8 007

Dubay səmasında meteoriti xatırladan naməlum obyekt görüntülənib.

Axar.az xəbər verir ki, bu qeyri-adi səma cismi əhalidə narahatlıq yaradıb. Bəziləri bunu İranın ballistik raketinin sınağı, bəziləri isə ərəb ölkələrinə hücum etməyə söz verən yəmənli üsyançıların buraxdığı raket olduğunu bildiriblər. Bir müddət sonra Dubay Əmirliyinin səlahiyyətli şəxsləri 80 saniyə ərzində müşahidə olunan obyektin meteorit olduğunu bəyan ediblər.

Lakin yerli astronomlar bununla razılaşmayıblar. Dubay Astronomiya qrupunun rəhbəri Həsən Əhməd əl-Hariri onun rus kosmik vasitəsi "Proqress MS-07" dağıntılarının olduğunu iddia edib.

ABŞ Strateji Komandanlığında isə gizli obyektin “Soyuz-FQ” raket-daşıyıcının parçaları olduğunu bəyan edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26