Interposta.Info

Uşaq 5 kiloqramlıq şişlə doğuldu -

Ölkə
 16-10-2017, 09:33     8 716

Azərbaycanda qəribə tibbi anomaliya ilə uşaq doğulub. Büzdüm sümüyünün anadangəlmə böyük həcmli teratoması (coccugeal teratoma) ilə doğulan uşaq əməliyyat olunub, ondan 5 kiloqramlıq artıq şiş – teratoma çıxarılıb.

Əməliyyatı icra edən uşaq cərrahı, Tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov Medicina.az-a deyib ki, keysəriyyə üsulu ilə doğulmuş körpənin çəkisi 8 kiloqram olub. Cərrrahın sözlərinə görə, törəmə hələ ana bətnində ikən görülüb, müşahidə olunmuşdu: "Uşaq keysəriyyə üsulu ilə doğulub və ümumi çəkisi 8 kiloqram idi. Bu anomaliya büzdüm sümüyü hüceyrələrinin miqrasiyasının pozğunluğu nəticəsində yaranır. Teratomanın tərkibində maye, tük, sümük, sərt toxuma olur. Bu xəstələr tez bir zamanda əməliyyat olunmalıdır. Əks-təqdirdə ölür. Əməliyyat zamanı 5 kiloqram çəkidə böyük şiş götürüldü. Arxa hissə və anus bərpa olundu”.

Toğrul Ömərov qeyd edib ki, teratoma büzdüm sümüyünün altında düz bağırsağa çox yaxın yerləşirmiş: "Çətin yerləşməsinə baxmayaraq, sinirlər və düz bağırsaq qorundu. Hazırda körpənin sidik və nəcis ifrazı normaldır, yaşıdlarından fərqlənmir”.

Həkim bildirib ki, hazırda uşağın vəziyyəti normaldır.

interposta.info
Uşaq 5 kiloqramlıq şişlə doğuldu -
Uşaq 5 kiloqramlıq şişlə doğuldu -
Uşaq 5 kiloqramlıq şişlə doğuldu -
Uşaq 5 kiloqramlıq şişlə doğuldu -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26