Interposta.Info

DİQQƏT! Ölkədə TV və radio yayımı dayandırılacaq

Ölkə
 13-10-2017, 13:40     7 718

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.

interposta.info xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Profilaktika ilə əlaqədar olaraq, telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26