Interposta.Info

Bakıda ticarət mərkəzindən pul oğurlayan şəxs kameraya belə düşdü - VIDEO

Ölkə
 11-10-2017, 13:19     7 738

"Sədərək” ticarət mərkəzində yerləşən dükanlardan birində oğurluq hadisəsi baş verib.

interposta.info "Report"a istinadən xəbər verir ki, insident ticarət mərkəzindəki qab-qacaq satılan mağazada qeydə alınıb.

Dükan sahibi nəzarət kameralarının köməkliyi ilə müəyyən edib ki, satılan əşyaların qiyməti ilə maraqlanan naməlum daimi müştərilərdən biri satıcının bayıra çıxmasından istifadə edərək içərisində xeyli miqdarda vəsait olan pul kisəsini götürüb. Mağazanı tərk edən naməlum şəxs bir neçə dəqiqədən sonra yenidən dükana qayıdıb və götürdüyü pul kisəsini yerinə qoyub.

Hadisə barədə zərəçəkən iş vaxtı başa çatandan sonra xəbər tutub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26