Interposta.Info

Poçt rabitəsinin növləri azaldılır

Ölkə
 11-10-2017, 12:09     7 834

interposta.info Gununsesi.info - a istinadən xəbər verir ki, Azərbaycanda poçt rabitəsinin növləri azaldılır.
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklərə əsasən, qanunun 7-ci maddəsinin (Poçt rabitəsinin növbləri) 7.3-cü bəndində “feldyeger-poçt” sözləri çıxarılır:
“7.3. Xüsusi təyinatlı poçt rabitəsinə dövlət-feldyeger, feldyeger-poçt və xüsusi poçt rabitəsi xidmətləri aiddir”.
Bundan başqa, aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilir:
“Maddə 11-1. Xüsusi poçt rabitəsi
11-1.1. Xüsusi poçt rabitəsi xidməti “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qorunan məlumatların, qiymətli metalların, qiymətli daşların, zərgərlik məmulatlarının, qiymətli kağızların və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasını və ünvan sahiblərinə çatdırılmasını həyata keçirir.
11-1.2. Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”.
Qanun layihəsi baxılması üçün Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26