Interposta.Info

Sabiq başçının Bərdədəki köhnə bazarı zibillik içində üzür - Özbaşınalıq

Ölkə
 8-10-2017, 00:30     10 773

Bərdənin köhnə bazarında antisanitariya hökm sürür Bu haqda alıcılar saytımıza şikayətində bildirib. Onların sözlərinə görə, köhnə bazar ərazisu zibillik içində üzür. Yerli sakinlər qida məhsulları satılan bazarda antisanitarik vəziyyətin müvafiq qurumları narahat etmədiyini bildiriblər. Həmin bazarın Bərdənin keçmiş icra başçısı Elman Allahverdiyevə məxsus olduğu deyilir. Özü vəzifədən getsə də, onun köhnə bazarı sakinlərin həyatını zəhərləməklə məşğuldur.

Sakinlər bildirirlər ki, köhnə bazar vergidən yayınmaqla yalnız sabiq icra hakiminin cibinə işləyir.
Amma E.Allahverdiyevi bazardakı natəmizlik, üfutən qoxusu, məhsulların üzərinə hopan mikroblar narahat etmir.
Çünki özü həmin bazardan alış-veriş etmir. Onu maraqlandıran qazanc və vergidən yayınmaqdır. Elə Bərdəyə rəhbərlik etdiyi dövrdə də yerli sakinlər ondan ciddi şəkildə narazılıq edirdi. Yerli sakinlər bildirir ki, bazarın rəsmi sahibi sabiq icra başçısı Elman Allahverdiyevin oğlu Zaur Allahverdiyevdir. Sakinlər deyir ki, bazarın ətrafı keçilməz yollarla əhatə edildiyindən, ticarətçilər yolların kənarında alver etməyə üstünlük verirlər.

Verilən məlumata görə, E.Allahverdiyevin bazarındakı vəziyyət xəstəlik yayır. Bu epidemik durumla əlaqədar sakinlər həyəcan təbili çalırlar.
Onlar bu bazardan alver etməməyə çağırırlar. Bərdənin keçmiş icra başçısı Elman Allahverdiyev sahibi olduğu bazarın ətrafındakı "Xan Çinar"ları kəsdirib, yerində mağazalar tikdirərək ayrı-ayrı şəxsrlərə satıb.
Mətbuatda gedən yazılara görə, 1949-cu ildə yaradılan və 1992-ci ilədək “Bakıtuneltikinti” adlandırılan idarə keçmiş SSRİ-də strateji müəssisə sayılırdı.Adından da göründüyü kimi bu qurumun işi metro, yeraltı tunellər tikməkdir. Hətta bu müəssisə müxtəlif vaxtlarda atom tədqiqatları məqsədilə nəhəng yeraltı obyektlər də tikib istifadəyə verib. Bu müəssisə heç bir nazirliyə tabe olmayıb, hər zaman birbaşa ölkə başçısının nəzarətində olub.

1992-ci ildən 2000-ci ilədək “Azərtunelmetrotikinti” Dövlət Şirkəti, 2000-ci ildən isə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti adlandırılan bu qurumun rəhbərliyini dövlət başçısı təyin edir.
Bu qurumun 1000-dən artıq işçisi var. Tərkibində layihə institutu, Hərbiləşdirilmiş Xilasetmə Dəstəsi və digər qurumlar fəaliyyət göstərir.

Belə bir dövlət əhəmiyyətli qurumun rəhbərlərindən birinin Bərdənin keçmiş icra başçısı Elman Allahverdiyev olduğunu eşidənlər təəccüblənir.
Sabiq başçı SC-nin sədr müavinidir. Ancaq çox az vaxt işdə olur. Düzdür, Elman müəllimin çox yarlı-yaraşıqlı kabineti (reportyor.org)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26