ADP sədrinin müavini işdən çıxarıldı

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Həsrət Rüstəmov çalışdığı Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən çıxarılıb
Modern.az xəbər verir ki, bu haqda H.Rüstəmov özü məlumat verib.
Onun sözlərinə görə, beş il işlədiyi və kiçik bir nöqsana belə, yol vermədiyi Bakı şəhər təcili yardım stansiyasında həkim işindən sifarişlə azad edilib:
"Əmrimi ala bilməsəm də, məni işə buraxmamaqla bağlı tapşırıq aldıqlarını bildirdilər. Bu addımı siyasətlə uzun müddət məşğul olan bir şəxs kimi, yaxşı anlayıram və qətiyyən narahat deyiləm.
Rəhmətlik müəllimim Bəybala Abasov həmişə bizə deyirdi ki, həkimlik çəkməçilik, dülgərlik və s. kimi bir sənətdir. Harada insan varsa, orada bu sənət sahiblərinə ehtiyac var. Yəni həkim heç vaxt ac qalmaz.
Sifarişçilərə isə demək istədiyim budur: Halal zəhmətimizlə, min bir əziyyətlə balamıza quru çörək yedirtməyə imkan verməməklə, nə demək istəyirsiniz?!"....
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26