Interposta.Info

Səlim Müslümov:

Ölkə
 5-10-2017, 15:46     9 355

“Əsas məqsədimiz hər bir insanın əmək bazarında iş tapması və onun öz əmək qabiliyyətini reallaşdırmaq yolu ilə özünə və ailəsinə layiqli gəlirlə müasir tələblər səviyyəsində baxa bilmələrinin təmin olunmasıdır”.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) İstanbulda keçirilən 10-cu Avropa regional konfransında iştirak etmək üçün bu şəhərdə səfərdə olan nazir bildirib ki, məşğulluq məsələsi son dərəcə vacib problem kimi ortaya qoyulur və ayrı-ayrı ölkələrdə onların xüsusiyyətlərinə uyğun həll edilir: “Sürətli inkişaf yolu keçən Azərbaycanda son illər iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, xüsusilə iqtisadiyyatın aparıcı sektorlarına çevrilmə yolunda olan kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları sahələrində çoxsaylı iş yerlərinin açılması və burda çalışan insanların gəlir əldə etmək imkanlarının genişləndirilməsi istiqamətində böyük tədbirlər həyata keçirilir. Bunlardan biri də Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən özünüməşğulluq proqramlarıdır. Özünüməşğulluq proqramlarında Azərbaycanın bu məsələyə baxışı və onu tətbiqetmə formaları Beynəlxalq Əmək Təşkilatı tərəfindən yüksək qiymətləndirilərək region ölkələri üçün nümunəvi bir model, metod kimi göstərilib”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26